AXAR YADDAŞ
Bu sərgi Azərbaycanda hamam mədəniyyətinin çoxqatlı semantik qatlarını - su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. Bu sərgi hamamı yalnız memarlıq forması və fiziki məkan kimi deyil, həm də ictimai münasibətlərin, şəxsi xatirələrin və mədəni davamlılığın daşıyıcısı kimi təqdim edir. Beləliklə, hamam mədəniyyəti burada həm kollektiv, həm də fərdi yaddaşın məkan kimi oxunmasına imkan yaradır.

'Bakıya Uçuş' incәsәnәt hәftәsonu

Lokasiya: Yeraltı Hamam, İçəri Şәhәr, Bakı, AZ
Tarix: 25.09 - 25.10.2025
Kurator: Mәnsurә Mәmmәdәliyeva

Sәnәt Meneceri: Aqnessa Tariverdiyeva


İştirakçılar:

Sәbinә Şixlinskaya
Nәrgiz Әsgәrova
Aliyә Bayramova

Timur Zaripov

Su - sərgidə yalnız maddi element deyil, həm də həyatın başlanğıcı, mədəni davamlılığın simvolu, arınma və yenilənmənin metaforasıdır. Hamam məkanında su bədənin təmizlənməsini aşaraq, ictimai yaddaşın və mədəni kimliyin daşıyıcısına çevrilir.

Yaddaş - hamamı nəsillərarası ötürülən adət və mərasimlərin qoruyucusu kimi təqdim edir. Bu məkan kollektiv şüurun maddi olmayan irsini fiziki formaya gətirir, bir növ zamanla dialoqu mümkün edən sahəyə çevrilir.

Təmizlik - yalnız fiziki deyil, həm də mənəvi və ruhi arınmanın halıdır. Hamam mədəniyyətində təmizlik, bədən və ruhun harmoniyası ilə mədəni kimliyin bütövləşməsini təmin edir.

“Axar Yaddaş” sərgi layihəsi, Azərbaycan mədəniyyətinin dərin qatlarını üzə çıxarmaqla yanaşı, suyun bugünkü ekoloji böhran kontekstindəki həssas mövqeyini də nəzərə çatdırır. Beləliklə, sərgi suyun tarixi-mədəni əhəmiyyəti ilə çağdaş ekoloji reallıqlar arasında məna körpüsü quraraq, tamaşaçını həm mədəni yaddaş, həm də qlobal məsuliyyət üzərində düşünməyə dəvət edir.

Sərgi hamam məkanını tarixi yaddaşın qorunduğu, mədəni kodların açıldığı və gələcək nəsillərə ötürülməsi üçün yenidən düşünülən bir sahə kimi təqdim edir. Bu, həm keçmişlə dialoqun bərpası, həm də gələcək üçün ekoloji və mədəni məsuliyyətin paylaşılması çağırışıdır.
  • Ekspozisiya
Rəssamlar və təqdim olunan əsərlər:
Mənsurə Məmmədəliyevanın kurasiyası ilə hazırlanan sərgi, əməkdar incəsənət rəssamı Səbinə Şıxlinskaya, Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova Timur Zaripovun iştirakı ilə hamam məkanını keçmişlə bu gün arasında axan yaddaş sahəsinə çevirir. Sərgi, zamanın təbəqələnməsi, yaddaşın materiallaşması və məkanın simvolik transformasiyası ideyalarını bədii ifadə vasitəsilə yenidən təfsir edir.

Atəş Hubın təqdimatı və Aqnessa Tariverdiyevanın sənət menecerliyi ilə ərsəyə gələn “Axar Yaddaş” həm tarixi-mədəni irsin qorunması, həm də ekoloji və sosial məsuliyyət anlayışlarını çağdaş sənət diskursuna daxil edir. Bu baxımdan layihə, həm tədqiqat yönümlü kurator jesti, həm də çağdaş insanın yaddaş və məkanla münasibətinə poetik refleksiya kimi çıxış edir.

Atəş Hub - gənc rəssamları bir araya gətirən, sərgilər və interdisiplinar sənət layihələri vasitəsilə dialoq yaradan yaradıcı platforma - bu təşəbbüslə kollektiv xatirə və məkan poetikasının çağdaş interpretasiyasına öz töhfəsini verir.
  • Video
  • Fotoreportaj
  • Pressada

AZƏRTAC

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da bir neçə rəssamın əsərlərindən...

ICMA

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq. VIDEO.

MILLI.AZ

“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da bir neçə rəssamın əsərlərindən...

MODERN.AZ

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında "Axar Yaddaş" sərgisindən paylaşım edib.
  • Daha çox
Ən son xəbərlərdən
xəbərdar olmaq üçün icmamıza qoşulun
və bülletenimizə abunə olun.
Made on
Tilda