5–11 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “IC Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi” keçirilmişdir.

Lokasiya: Bakı Konqres Mərkəzi, Bakı, AZ
Tarix: 09.12.25

Curator: Atesh Hub &

Sound Of Land (founder Leyla Seyidzade)


İştirakçılar:

Vizual konsepsiya: Səbinə Şıxlinskaya (Atesh Hub-un təsisçisi)
Təsvirlər: Leyla Əliyeva
Səs konsepsiyası: Orxan Ağayev (DJ Pancho)
Səs: Teymur Kasımov
Animasiya: Nigassandra

Motion dizayn: Renan Əsədov

Bu genişmiqyaslı tədbir İslam dünyasının zəngin mədəni irsini, üzv dövlətlərdən olan insanların yaradıcı ifadəsini və gənclərin innovativ təşəbbüslərini bir araya gətirmişdir.

Festivalın yadda qalan məqamlarından biri Torpağın Səsi platformasının təqdim etdiyi audiovizual performans olmuşdur. Mövlana Cəlaləddin Ruminin fəlsəfəsindən ilhamlanan “Zamanın Dairəsindən Çıx – Sevgi Dairəsinə Daxil Ol” adlı performans festival çərçivəsində nümayiş etdirilmişdir.

Performans Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın əsərləri əsasında hazırlanmış vizual kompozisiyalara söykənirdi. Onun rəsmləri sevgi, daxili işıq və insanın təbiətlə vəhdətini simvolizə edirdi.

Animasiya və vizual konsepsiyanın müəllifi Azərbaycan Respublikasının Əməkdar rəssamı və Atesh Hub-un təsisçisi Səbinə Şıxlinskaya olmuşdur.
  • Ekspozisiya
  • Fotoreportaj
  • Pressada

Baku Convention Center

On 08–10 December 2025, the Baku Convention Center hosted the “OIC Culture Festival: Baku Creative Week 2025”, organized by the Ministry of Culture of the Republic of ...

Organisation of Islamic Cooperation

The Assistant Secretary-General for Humanitarian, Cultural and Social Affairs of the Organization of Islamic Cooperation (OIC), Ambassador Tarig Ali Bakheet read out the text of Baku ...
  • Daha çox
Made on
Tilda