Lokasiya: Şirvanşahlar Sarayı Kompleksinin Saray Məscidinin muzey məkanı, Bakı, AZ
Tarix: 02.05.2026
Kurator: Səbinə Şıxlinskaya
Koordinator: Aqnessa Tariverdiyeva
İştirakçılar:
Kurator və sənətşünas Mənsurə Məmmədəliyeva
Kurator və sənət nəzəriyyəçisi Bəxtiyar ƏliRamil Məmmədli
Ellada Ağayeva
Alina Yusupova
Timur Zaripov
Hüseyn Cəlilin
Alina Yusupova
Bakı şəhərində yerləşən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Tekstil sənəti ixtisası üzrə bitirmişdir. Londonda Royal School of Traditional Arts məktəbində təhsil almışdır. YARAT Müasir İncəsənət Məktəbinin Müasir İncəsənət Məktəbi proqramını uğurla tamamlamışdır. İşlər: “Göylə Yer Arasında” sərgisi çərçivəsində, Heydər Əliyev Mərkəzində “Hər şey və Heç nə” adlı life-performans. “Keçmiş nəsillərdən qalan izlər” sərgisində, YARAT ARTIM məkanında “Yol” performansı. YARAT Contemporary Art Space çərçivəsində “Muzeydə Gecə” layihəsi daxilində “Qara – Mütləqin Rəngidir” adlı life-performans.Ellada Ağayeva
2023-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Müasir İncəsənət ixtisası üzrə bakalavr dərəcəsini bitirib. Təhsilini YARAT Contemporary Art School-da davam etdirərək 2024-cü ildə məzun olub. Hazırda qrafik dizayner, uşaq kitabı illüstratoru və 2D kadr-kadr animasiya rəssamı kimi fəaliyyət göstərir. Onun yaradıcılığı animasiyanı emosional və konseptual bir vasitə kimi mərkəzə alır. Statik təsvirlərdən çox, hərəkət və səs vasitəsilə təcrübə yaradır. Sadə elementlərlə mürəkkəb ideyaları və daxili vəziyyətləri ifadə edərək tamaşaçını dayanmağa, düşünməyə və şəxsi interpretasiyalar formalaşdırmağa dəvət edir. Xüsusilə abstrakt bir ideyanın tamaşaçı üçün qəfil aydın və hiss edilə bilən hala gəldiyi an onu maraqlandırır. Yaradıcılığında sonsuzluq, kimlik, həyat dövrü və miras mövzularını araşdırır.Timur Zaripov
Tokioda (Yaponiya) yaşayan multidissiplinar rəssam və dizaynerdir. O, yaradıcılıq fəaliyyətinə 2021-ci ildə musiqiçi kimi başlamış, daha sonra müasir incəsənət sahəsinə yönəlmişdir. YARAT Contemporary Art School proqramının məzunudur (2024–2025). Timur musiqi, video-art, fotoqrafiya, rəqəmsal incəsənət, 3D sənət, heykəltəraşlıq və instalyasiya kimi müxtəlif vasitələrlə işləyir. Bir rəssam kimi onun ilham mənbələri eskapizm, texnologiya və insanların texnologiya ilə necə ünsiyyət qurması və qarşılıqlı əlaqəyə girməsidir. Onun video və instalyasiya işləri tez-tez yaddaş, təmizlənmə və fanilik mövzularını araşdırır — qısa müddətə üzə çıxan, sonra isə yoxa çıxan görüntü və səslər vasitəsilə xatırlamaqla unutmaq arasındakı məkanı izləyir. Vizual praktikasında Timur rəqəmsal proseslərlə fiziki məkan arasındakı münasibəti, həmçinin üzvi ilə sintetik arasındakı gərginliyi araşdırır. Su onun işlərində tez-tez təkrarlanan motivdir — həm mövzu, həm də metafora kimi; təmizlənmə, yenilənmə və zamanın keçidini ifadə edən bir vasitə kimi istifadə olunur.