ATƏŞ HUB – fərqli yolları, dilləri və ideyaları olan gənclərin görüş nöqtəsidir. Bizim məqsədimiz sənəti canlı, açıq və paylaşılacaq hala gətirməkdir. Biz, YARAT Contemporary Art School məzunları və çağdaş sənət sevərlərik. Burada sərgilər, layihələr və cəsarətli ideyalar vasitəsilə müasir incəsənəti yaşadır, paylaşır və təbliğ edirik. Burada rəssamlar, kuratorlar və art menecerlər müxtəlif disiplinləri birləşdirərək yaradıcılığın yeni üfüqlərini açır. Məqsədimiz çağdaş incəsənəti daha geniş auditoriyaya çatdırmaq, fərdi baxışlarımızı paylaşmaq və yeni ideyaların doğuluşuna ilham olmaqdır.
Baku-based hub.










