• Xəbərlər

.

11 mart tarixində Fluxus Space-də Azərbaycanda rəqəmsal incəsənət ekosisteminin inkişafına həsr olunmuş dəyirmi masa formatında görüş keçirilmişdir. Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Atəş Hub və Torpağın Səsi’nin təşkilatçılığı ilə keçirilmiş müzakirədə dövlət və müstəqil təşkilatların və yaradıcı birliklərin nümayəndələri iştirak etmişdirlər. Onların arasında Yuva, Barza, Aydani Gallery və digər təşkilatların nümayəndələri yer almışdır.

Fluxus Space-də Azərbaycanda rəqəmsal incəsənət ekosisteminin inkişafına həsr olunmuş dəyirmi masa keçirildi

Qürurla bildiririk ki, Atəş Hub üzvləri — Aqnessa Tariverdiyeva, Ramil Əliyev, Firəngiz Ağalarova, Nərgiz Əsgərova, Ramil Məmmədli, Emin Mathers və Lenay Seidəli-zadə Azad Mirzəcanzadə İnkişaf Proqramının üçüncü dalğası çərçivəsində “NI — Təbii İntellekt” layihəsi ilə qaliblər sırasında yer alıblar.

Layihə innovativ ideyaların və fənlərarası təşəbbüslərin inkişafına yönəlmiş müsabiqədə uğurla təqdim olunub. “NI — Təbii İntellekt” yaradıcı yanaşması və gələcəyə yönəlmiş konsepsiyası ilə proqramın qalib layihələrindən biri kimi seçilib.

Azad Mirzəcanzadə İnkişaf Proqramının 3-cü dalğasının qalibləri

Bakıda yerləşən Gazelli Art House-da ekofeminist nəzəriyyəsinə əsaslanan "Synchrony" sərgisinin finisajı keçirilib. Sərgi Latviyanın Bakıdakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.
Ekspozisiya müasir incəsənət vasitəsilə qadın bədəni ilə təbiət arasındakı harmoniya ideyasını araşdırır. Rəssamlar müxtəlif vizual yanaşmalarla ekoloji problemləri şərh edir və ekofeminist nəzəriyyədə mühüm yer tutan “bədən – ekosistem” əlaqəsinə yeni baxış təqdim edirlər.
Tədbirin açılışında Avropa İttifaqının Bakıdakı səfiri Mariyana Kuyundziç və Latviyanın Bakıdakı səfiri Edqars Skuya çıxış edərək gender bərabərliyi, qadınların rolu və təbiətin qorunmasının vacibliyini vurğulayıblar.

Synchrony sərgisinin finisajı Bakıda baş tutdu

12 fevral tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Gazelli Art House-da Atəş Hub-un tərəfdaşlığı ilə həyata keçirilən “Sinxronlaşma” sərgisini ziyarət edib.
Ziyarət çərçivəsində o, sərginin ekspozisiya məkanı ilə tanış olub, təqdim olunan əsərlərə baxış keçirib və layihənin ümumi ideyası, bədii həlli, eləcə də iştirakçı müəlliflərin yaradıcılıq istiqamətləri barədə məlumat alıb.
Həmin gün eyni məkanda sərgidə iştirak edən sənətçilər və sərginin kuratorunun iştirakı ilə panel müzakirəsi də keçirilib. Görüş zamanı sərginin konseptual istiqaməti, təqdim olunan əsərlərin yaranma prosesi və müəlliflərin fərdi yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.

Leyla Əliyeva Gazelli Art House-da “Sinxronlaşma” sərgisini ziyarət edib

Atəş Hub Fransanın Megève şəhərində keçirilən 6-cı Digital Art EXPO Megève beynəlxalq tədbirində Azərbaycan rəqəmsal incəsənətini təqdim edib. Tədbir 12 yanvar 2026-cı il tarixində Palais de Megève auditoriyasında baş tutub və rəqəmsal incəsənətin müasir inkişaf istiqamətlərini və texnologiya ilə incəsənətin kəsişməsində formalaşan yeni ifadə vasitələrini beynəlxalq auditoriyaya təqdim edib.
Tədbir Global Oracle Association for Leaders (GOAL) təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadənin təşəbbüsü ilə Digital Art Expo ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, səfirliyin nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak ediblər.
Layihənin koordinatoru (art-menecer) Agnessa Tariverdiyeva, layihənin mentoru isə Sabina Shikhlinskaya olub.
Sərgidə Azərbaycanı təmsil edən sənətçilər: Emin Mathers, Ramil Mammadli və Nigar Safarova (Nigassandra).

Atəş Hub Fransada rəqəmsal incəsənəti təqdim edib – Digital Art EXPO Megève 2026

OIC Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi 2025 bu gün, 5 dekabr tarixində Azərbaycan Respublikasının Bakı şəhərində başlayıb və 11 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Atəş Hub, Sound of Land platforması ilə əməkdaşlıq çərçivəsində Baku Creative Week 2025 zamanı Leyla Əliyevanın əsərləri əsasında hazırlanmış audiovizual işi təqdim edib. Təqdimat 9 dekabr 2025-ci il tarixində Bakı Konqres Mərkəzində “OIC Cultural Festival: Baku Creative Week – 2025” çərçivəsində baş tutub. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatı (OIC) tərəfindən təşkil olunub.
“Leave the Circle of Time – Enter the Circle of Love” adlı audiovizual performans Ruminin fəlsəfəsindən ilhamlanaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri əsasında yaradılmış vizual kompozisiyalar üzərində qurulub.
Layihə Atəş Hub və Sound of Land əməkdaşlığı çərçivəsində həyata keçirilərək vizual incəsənət, səs və rəqəmsal media sahələrində çalışan yaradıcı şəxsləri bir araya gətirib.

Atəş Hub və Sound of Land Baku Creative Week 2025 çərçivəsində audiovizual işi təqdim edib

CBC TV Azərbaycan-ın “Qadın Faktoru” rubrikası çərçivəsində Atəş Hub komandasından müsahibə alınıb. Müsahibə zamanı platformanın fəaliyyəti, həyata keçirilən layihələr və müasir incəsənət sahəsində yaradıcı fəaliyyət haqqında geniş söhbət aparılıb.