EŞQ-İ NUR

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək Nəsimi Festivalının ən önəmli layihələrindən biri “Atəş Hub”ın təşəbbüsü ilə ərsəyə gələn “Eşq-i Nur” sərgisidir. Əməkdar rəssam və kurator Sabina Şıxlinskayanın mentorluğu, həmçinin çağdaş Azərbaycan rəssamları və kuratorlarının iştirakı ilə hazırlanmış bu layihə, milli memarlığımızın nadir incilərindən olan Şirvanşahlar Sarayında təqdim olunacaq. Sərgi, Nəsiminin poeziyasını və fəlsəfəsini çağdaş incəsənətin çoxqatlı ifadə imkanları vasitəsilə yeni estetik müstəvilərə daşımağı hədəfləyir.
Ziyarətçilər burada sözün sehrini, işığın metafizik simvolikasını, ağrının dərinliyini və insan kamilliyinin ali mənəvi qatlarını özündə birləşdirən əsərlərlə qarşılaşacaq, beləliklə Nəsimi irsinin çağdaş bədii praktikalarla qurduğu mənəvi və estetik dialoqun şahidi olacaqlar.

Nәsimi Festivalı
Lokasiya: Şirvanşahlar Sarayı, İçəri Şәhәr, Bakı, AZ
Tarix: 25.09 - 25.10.2025
Mentor: Sabina
Şixlinskaya
Kurator: Bakhtiyar Ali ve M
әnsurә Mәmmәdәliyeva
S
әnәt Meneceri: Aqnessa Tariverdiyeva

İştirakçılar

Aytən Abdullayeva
Fidan Abilova
Ellada Agayeva
Ramil Aliev
Nargiz Asgerova
Jala Aziz

Aygun Bakhshi
Hüseyn Celil
Cavid Hasanli
Fidan Hümbatli
Aylin alakberli
Emin Mathers
Nazrin Memmadova
Ramil Mammadli
Fidan Nazim qizi
Leyla Quliyeva
Zaur Qahramanov
Zarifa Ramazanova
Lenay Seideli-zade
Darya Seferova

  • Ekspozisiya
  • Video
  • Fotoreportaj
  • Pressada

Nəsimi festivalı çərçivəsində İçərişəhərdə maraqlı layihələr təqdim olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Şirvanşahlar sarayında təşkil olunan "Eşqi-nur" adlı sərgidə iştirak ediblər.

Üçüncü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı iştirakçıları orta əsr Azərbaycan memarlığının mоnumеntаl dеkоrаtiv sənətinin möhtəşəm nümunəsi sayılan Şirvanşahlar Sarayı Kompleksində Bakuvi məqbərəsinin qarşısına toplaşıb. AZƏRTAC xəbər verir ki...

Sonra Bayıl daşları adlandırılan ərazidə "Eşq-i nur" layihəsinin təqdimatı keçirilib. Bu mistik səyahət üç ideya üzərində qurulub – eşq, nur və nişanə. Layihənin əsasında təsviri sənət nümunələri, canlı ekspozisiyalar və iyirmidən çox gənc rəssam tərəfindən yaradılmış multimediya installasiyaları dayanır. Burada eşq sadəcə hiss və ya emosiya...

Şamaxıdan sonra 3-cü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalı yenidən Bakıya dönüb. APA xəbər verir ki, festival iştirakçıları orta əsr Аzərbаycаn mеmаrlığının mоnumеntаl dеkоrаtiv sənətinin möhtəşəm nümunəsi...

Qeyd edək ki, Heydər Əliyev Fondu, ICESCO, Nəsimi Festivalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə işıq, sevgi və sənətin birləşdiyi unikal bir mədəniyyət hadisəsidir. Sərgi 25 sentyabr – 25 oktyabr tarixlərində Şirvanşahlar Saray...