Digital Art EXPO
Global Oracle Association for Leaders (GOAL) təşkilatının təsisçisi və prezidenti Leyla Bağırzadə tərəfindən Digital Art Expo ilə əməkdaşlıq çərçivəsində 6-cı Digital Art EXPO Megève tədbiri təşkil edilmişdir. Tədbir 12 yanvar 2026-ci il tarixində Megève (Fransa) şəhərində, *Palais de Megève auditoriyasında keçirilmiş və rəqəmsal incəsənətin müasir inkişaf istiqamətlərini, yaradıcı innovasiyaları, eləcə də texnologiya ilə incəsənətin kəsişməsində formalaşan yeni ifadə vasitələrini beynəlxalq auditoriyaya təqdim etmişdir.
Tədbir çərçivəsində sərgi nümayişi ilə yanaşı, yaradıcı icmalar arasında peşəkar mübadilə və dialoq təşviq edilmiş, rəqəmsal incəsənətin mədəniyyət, innovasiya və yaradıcı sənayelər ekosistemində rolu üzrə fikir mübadiləsi üçün əlverişli platforma formalaşmışdır. Bu əməkdaşlıq, eyni zamanda, müxtəlif ölkələrdən sənətçilərin və tərəfdaşların bir araya gətirilməsi vasitəsilə mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə xidmət etmişdir.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilmişdir. Tədbirdə Azərbaycan tərəfindən yüksək səviyyəli iştirak təmin olunmuş, Fransadakı Azərbaycan Respublikasının səfiri xanım Leyla Abdullayeva, səfirliyin nümayəndələri, habelə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak etmişdir. Bu iştirak Azərbaycanın yaradıcı sənaye potensialının beynəlxalq platformalarda tanıdılması, mədəni diplomatiyanın gücləndirilməsi və azərbaycanlı yaradıcı istedadların qlobal şəbəkələrə inteqrasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Layihənin icrasında peşəkar koordinasiya və mentor dəstəyi də təmin edilmişdir: layihənin koordinatoru (art-menecer) – Agnessa Tariverdiyeva,
Atesh Hub mentor – Sabina Shikhlinskaya.
Sənətçilər və təqdim olunan işlər
Emin Mathers — NØVA III
Emin Mathers-in rəqəmsal işləri müasir vizual dilin estetikası ilə texnoloji düşüncəni birləşdirərək tamaşaçını yeni qavrayış müstəvilərinə yönəldir. Əsərlərində dinamika, kompozisiya intizamı və rəng həlləri vasitəsilə rəqəmsal mühitin emosional və konseptual imkanları ön plana çıxır; bu yanaşma müasir rəqəmsal incəsənətin beynəlxalq auditoriya ilə ünsiyyətini gücləndirən təsirli vizual dil formalaşdırır.
Ramil Mammadli — SF / Signal Fragment
Ramil Mammadli-nin SF (Signal Fragment) işi şüurun neyroelm, sistem nəzəriyyəsi və informasiya prosesləri prizmasından araşdırılmasına əsaslanan konseptual yanaşmanı təqdim edir. Hər bir işin mərkəzində ruh kimi qavranılan dairə dayanır. Ruh burada sistemin nüvəsi kimi çıxış edir: siqnalı qəbul edir, dəyişdirir və ötürür, yüklənmə şəraitində belə formasını qoruyur.
Dairəni əhatə edən fraqmentlər və vizual “səs-küy” yaddaşı, məlumat axınlarını və xarici təsirləri əks etdirir. Bu konsepsiyada məna formanın özündə deyil, elementlərin qarşılıqlı əlaqəsində yaranır. SF, siqnalın təmizliyini itirdiyi və sistemin ruhun özünə təsir göstərməyə başladığı anları qeydə alır; bu hal “səhv” kimi deyil, mürəkkəb sistemlərin təbii vəziyyəti kimi təqdim olunur.
Nigar Safarova (Nigassandra)
Nigar Safarova-nin işləri zərif vizual poetika ilə müasir rəqəmsal texnikaların harmoniyasını nümayiş etdirir. Əsərlərində duyğu, yaddaş və identiklik mövzuları çağdaş ifadə vasitələri ilə işlənərək tamaşaçı ilə incə, lakin dərin emosional əlaqə yaradır; bu yanaşma rəqəmsal incəsənətin yalnız texniki deyil, həm də humanitar-estetik ölçülərini ön plana çıxarır.
Lokasiya: Auditorium Palais, Megeve, FR
Tarix: 12.01.2026
Kurator: Leyla Baghirzade
Sәnәt Meneceri: Aqnessa Tariverdiyeva


İştirakçılar
Emin Mathers
Ramil Mammadli
Nigar Safarova
Ekspozisiya














Digital Art Expo 2026
Video


Fotoreportaj










Pressada




Azərbaycan rəqəmsal incəsənət sərgisində təmsil olunub
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Qlobal Oracle Liderlər Assosiasiyasının (GOAL) təsisçisi və prezidenti Leyla Bağırzadənin və Digital Art Expo-nun əməkdaşlığı ilə Azərbaycan 6-cı Digital Art EXPO Megève-də təmsil olunub.




Tədbirdə Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi və səfirliyin əməkdaşları da iştirak ediblər.
Fransanın Mejev şəhərində “6-cı Digital Art EXPO Megève” rəqəmsal incəsənət sərgisi keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrədə fəaliyyət göstərən “Global Oracle Association for Leaders” (GOAL) təşkilatının təsisçisi və rəhbəri Leyla Bağırzadənin və “Digital Art Expo”nun əməkdaşlığı ilə ölkəmiz bu sərgidə təmsil olunub.
