5–11 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “OIC Cultural Festival: Baku Creative Week – 2025” keçirilmişdir.

Bu genişmiqyaslı tədbir İslam dünyasının zəngin mədəni irsini, üzv dövlətlərdən olan insanların yaradıcı ifadəsini və gənclərin innovativ təşəbbüslərini bir araya gətirmişdir.

Festivalın yadda qalan məqamlarından biri Torpağın Səsi platformasının təqdim etdiyi audiovizual performans olmuşdur. Mövlana Cəlaləddin Ruminin fəlsəfəsindən ilhamlanan “Zamanın Dairəsindən Çıx – Sevgi Dairəsinə Daxil Ol” adlı performans festival çərçivəsində nümayiş etdirilmişdir.

Performans Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şair Leyla Əliyevanın əsərləri əsasında hazırlanmış vizual kompozisiyalara söykənirdi. Onun rəsmləri sevgi, daxili işıq və insanın təbiətlə vəhdətini simvolizə edirdi.

Animasiya və vizual konsepsiyanın müəllifi Azərbaycan Respublikasının Əməkdar rəssamı və Atesh Hub-un təsisçisi Səbinə Şıxlinskaya olmuşdur.

Lokasiya: Baku Convention Center, Baku, AZ
Tarix: 09.12.25
Atesh Hub & Sound Of Land (founder Leyla Seyidzade)

İştirakçılar

Vizual konsepsiya: Səbinə Şıxlinskaya (Atesh Hub-un təsisçisi)
Təsvirlər: Leyla Əliyeva
Səs konsepsiyası: Orxan Ağayev (DJ Pancho)
Səs: Teymur Kasımov
Animasiya: Nigassandra
Motion dizayn: Renan Əsədov

  • Ekspozisiya
  • Fotoreportaj