AXAR YADDAŞ
Bu sərgi, Azərbaycan mədəniyyətinin unikal qatlarından biri olan hamam fenomenini üç əsas anlayış - su, yaddaş və təmizlik prizmasından yenidən oxumağa dəvət edir. Hamam burada nəinki memarlıq obyekti, həm də kollektiv yaddaşın canlı daşıyıcısı, sosial münasibətlərin qurulduğu, mədəni kodların şifrələndiyi bir məkan kimi təqdim olunur.
Su - sərgidə yalnız maddi element deyil, həm də həyatın başlanğıcı, mədəni davamlılığın simvolu, arınma və yenilənmənin metaforasıdır. Hamam məkanında su bədənin təmizlənməsini aşaraq, ictimai yaddaşın və mədəni kimliyin daşıyıcısına çevrilir.
Yaddaş - hamamı nəsillərarası ötürülən adət və mərasimlərin qoruyucusu kimi təqdim edir. Bu məkan kollektiv şüurun maddi olmayan irsini fiziki formaya gətirir, bir növ zamanla dialoqu mümkün edən sahəyə çevrilir.
Təmizlik - yalnız fiziki deyil, həm də mənəvi və ruhi arınmanın halıdır. Hamam mədəniyyətində təmizlik, bədən və ruhun harmoniyası ilə mədəni kimliyin bütövləşməsini təmin edir.
“Axar Yaddaş” sərgi layihəsi, Azərbaycan mədəniyyətinin dərin qatlarını üzə çıxarmaqla yanaşı, suyun bugünkü ekoloji böhran kontekstindəki həssas mövqeyini də nəzərə çatdırır. Beləliklə, sərgi suyun tarixi-mədəni əhəmiyyəti ilə çağdaş ekoloji reallıqlar arasında məna körpüsü quraraq, tamaşaçını həm mədəni yaddaş, həm də qlobal məsuliyyət üzərində düşünməyə dəvət edir.
Sərgi hamam məkanını tarixi yaddaşın qorunduğu, mədəni kodların açıldığı və gələcək nəsillərə ötürülməsi üçün yenidən düşünülən bir sahə kimi təqdim edir. Bu, həm keçmişlə dialoqun bərpası, həm də gələcək üçün ekoloji və mədəni məsuliyyətin paylaşılması çağırışıdır.
'Bakıya Uçuş' incәsәnәt hәftәsonu
Lokasiya: Yeraltı Hamam, İçəri Şәhәr, Bakı, AZ
Tarix: 25.09 - 25.10.2025
Kurator: Mәnsurә Mәmmәdәliyeva
Sәnәt Meneceri: Aqnessa Tariverdiyeva


İştirakçılar
Sabina Şixlinskaya
Nargiz Asgerova
Aliya Bayramova
Timur Zaripov
Ekspozisiya












Video


Fotoreportaj











Pressada




Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq. VIDEO.
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da bir neçə rəssamın əsərlərindən ibarət “Axar yaddaş” sərgisi təqdim olunub.




Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva rəsmi "Instagram" hesabında "Axar Yaddaş" sərgisindən paylaşım edib.
“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi çərçivəsində oktyabrın 30-da bir neçə rəssamın əsərlərindən ibarət “Axar yaddaş” sərgisi təqdim olunub.
